Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında baxılan müraciətlərin kateqoriyaları açıqlanıb.

Komissiyanın indiyədək keçirilən iclaslarında əsasən ailə üzvləri Vətən müharibəsi iştirakçısı və qazisi olanların, yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin, hərbi qulluqçuların və digər şəxslərin müraciətlərinə baxılıb.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İndiyədək iclaslarda 1 200-dən çox müraciətə baxılıb.

.