Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilmiş partlayışda ölən və xəsarət alanların sayı artıb.
“Əl-Cəzirə” xəbər verir ki, ölənlərin sayı 32 nəfərə çatıb.
Yaralıların sayı isə ən azı 40 nəfərdir.
TASS xəbər verir ki, Taliban hərəkatının nümayəndəsi partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib.
Partlayışın imtahan vaxtı baş verdiyi qeyd olunub.
.