İspaniyanın "Real Madrid" klubunun futbolçusu Edan Azar Belçika millisindəki karyerasını başa vurub.

31 yaşlı vinger bu barədə rəsmi instaqram hesabında bildirib.

Qeyd edək ki, Belçika yığması Qətərdə keçirilən dünya çempionatında F qrupunu 4 xalla üçüncü pillədə başa vuraraq yarışla vidalaşıb. Eden Azar 2008-ci ildən yığmanın formasını geyinib. Belçika seçməsi AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə birlikdə F qrupunda yer alıb.

.