TCL qatlana bilən LCD monitoru təqdim edib. Bu, dünyada ilk belə IPS panelli ekrandır.

49 düymlük monitor 120 Hz yeniləmə sürətinə malikdir. Ekranın təsvir ölçüsü, eləcə də digər xüsusiyyətləri barədə məlumat verilmir.

Cihazın həm ofis işləri, həm də oyunlar üçün istifadə oluna biləcəyi bildirilir. Monitorun əyrilik səviyyəsini xüsusi düyməyə basmaqla dəyişdirmək olar. Məsələn, iş üçün düz ekrandan, oyunlar üçün isə əyri ekran rejimindən istifadə etmək tövsiyə olunur.

Yeni monitorun qiyməti və satış tarixi hələ açıqlanmayıb.

Qeyd edək ki, hazırda satışda olan oxşar modellərdə IPS deyil, OLED texnologiyasından  istifadə edilir.

.