"SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask bir gün ərzində 13,5 milyard dollar itirərək dünyanın ən zəngin şəxsləri sırasında ikinci pilləyə düşüb.

Bu barədə "Forbes" jurnalının reytinqində deyilir.

Hazırda İ.Maskın sərvəti 176,2 milyard dollar təşkil edir. Birinci yerə "Amazon" şirkətinin təsisçisi Ceff Bezos (182,1 milyard dollar) qayıdıb.

Reytinqdə üçüncü yerdə "Louis Vuitton Moët Hennessy" şirkətinin prezidenti Bernar Arno 154,6 milyard sərvətlə yer alıb.

İlk beşliyi 121,4 milyard dollar sərvətlə "Microsoft"un təsisçisi Bill Geyts və 94 milyard sərvətlə "Facebook"un təsisçisi və rəhbəri Mark Zukerberq tamamlayır.

Xatırladaq ki, İlon Mask bir neçə gün əvvəl milyarderlər reytinqində birinci pilləyə yüksəlmişdi.
 

.