Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünyanın ən çox silah ixrac edən ölkələrini açıqlayıb.

 2018-2022-ci illəri əhatə edən siyahıya görə sözügedən dövrdə ABŞ dünyanın ən çox silah ixrac edən ölkəsi olub. Belə ki, ABŞ-ın qlobal silah ixracındakı payı 40% təşkil edib. Onun ən çox silah ixrac etdiyi ölkələr Səudiyyə Ərəbistanı (19%), Yaponiya (8,6%) və Avstraliya (8,4) olub. Rusiya isə hesabat dövründə dünyanın ən çox silah ixrac edən ikinci ölkəsi olub. Onun ixracının 31%-i Hindistanın, 23%-i Çinin, 9,3%-i Misirin payına düşüb. Rusiyanın qlobal silah ixracında payı 16% təşkil edib. 2018-2022-ci illərdə dünyanın ən çox silah ixrac edən üçüncü ölkəsi isə Fransa olub.

Qlobal silah ixracındakı payı 11% təşkil edən Fransanın əsas idxalçıları Hindistan (30%), Qətər (17%) və Misir (8%) olub. Qlobal silah ixracatçılarının ilk onluğundakı digər ölkələr isə ardıcıl olaraq Çin (5,2%), Almaniya (4,2), İtaliya (3,8), Birləşmiş Krallıq (3,2), İspaniya (2,6), Cənubi Koreya (2,4%) və İsrail (2,3%) olub.

.