Nyu-Yorkda “Sotheby's” hərracına çıxarılan dünyanın ən böyük yaqutu 34,8 milyon dollara satılıb.

Portuqal dilində mənası “Fura Ulduzu” olan “Estrela De Fura” daşı 2022-ci ilin iyulunda Mozambikin şimalındakı Fura yaqut mədənində tapılıb.

Yaqut üçün dünya rekordu bundan əvvəl 2015-ci ildə qeydə alınıb. O, Cenevrədəki “Sotheby's” hərracında 30,3 milyon dollara satılmış 25,59 karat ağırlığında “Sunrise Ruby” daşı olub.

“Estrela de Fura”daşı cilalanmamış formada 101 karatdır.

.