Dünyada anomal istilər gələn ilin fevralına qədər davam edəcək.

"Sinxua" agentliyi xəbər verir ki, bu qənaətə ABŞ sinoptikləri gəliblər.

ABŞ-də sinoptiklər planetdə orta temperaturun artmasına səbəb olan "El Nino" hadisəsinin 2024-cü ilin fevralına qədər davam edəcəyinə 95 faiz əmindirlər.

"El Nino" və "La Nina" Sakit Okeanda bütün dünyada hava şəraitinə təsir edə bilən iqlim nümunələridir. İyul ayında ekvatorial Sakit okeanda səth sularının temperaturu orta səviyyədən yüksək olub ki, bu da "El Nino" hadisəsinin davam etdiyini göstərir.

Ümumdünya Meteorologiya Təşkilatı hava şəraitinin qlobal temperaturun artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Bununla yanaşı, 2023-cü ilin iyul ayı tarixdə ən isti ay olub. Alimlər hesab edirlər ki, bu, planetdə son 120 min ilin ən isti dövrü ola bilər.

.