Dünya Bankının prezidenti David Melpas direktorlar şurası tərəfindən yoxsul və inkişaf etməkdə olan ölkələrin sakinləri arasında koronavirusa qarşı peyvəndin yayılmasının maliyyələşdirilməsi planının təsdiqini istəyir.

Melpas bu məqsəd üçün 12 milyard dolların ayrılmasının lazım olduğunu bildirib.

Rəhbər deyib ki, bu vəsait peyvənd hazır olan kimi dərmanın kifayət qədər istehsal edilə biləcəyini təmin edəcək. Melpas peyvəndin paylanması üçün nəzərdə tutulan vəsaitin, təşkilatın 30 iyun 2021-ci ilədək pandemiyaya qarşı mübarizə aparmaq ayrılan 160 milyard dollarlıq paketin bir hissəsi olduğunu qeyd edib.

Hazırda dünyada 100-dən çox potensial koronavirus peyvəndi hazırlanır. Bunlardan 40-dan çoxu könüllülər üzərində aparılan klinik sınaqlardan keçirilir.

.