Azərbaycanın bəzi ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması manatın nominal effektiv məzənnəsini 10,5 faiz artırıb.

Bu barədə Dünya Bankının (DB) sentyabr ayı üzrə hesabatında bildirilib.

Bildirilib ki, manatın məzənnəsinin sabit qalması Azərbaycan Mərkəzi Bankının ehtiyatlarını artırıb.

"Neft Fondunun valyuta satışları avqust ayında iki dəfədən çox artıb, baxmayaraq ki, bir il əvvələ nisbətən 4,6 faiz azdır. AMB-nin ehtiyatları avqust ayında nominal ifadədə 1,3 faiz artaraq 7,5 milyard ABŞ dolları təşkil edib. Belə ki, valyuta tələbinin zəifləməsi ehtiyatların yığılmasına imkan verib", - deyə Bankın hesabatında qeyd edilib.
 

.