ABŞ-da rusiyalı diplomatların sayı Rusiyadakı ABŞ diplomatlarından daha çoxdur

Dövlət Departamentinin sözçüsü Ned Prays bəyan edib.

“Biz Moskvada ABŞ-dakı ruslarla eyni saya ümid edirik. Bu, diplomatik münasibətlərimizdə bütün dünyada təcəssüm etdirməyi gözlədiyimiz qarşılıqlılıq prinsipidir”, - Prays bildirib.

O vurğulayıb ki, dövlətlər diplomatik missiyaların işində irəliləyiş görmək istəyirlər.

Praysın sözlərinə görə, Moskva ABŞ diplomatik missiyasında personalın sayına məhdudiyyətlər qoyub və bu, missiyanın imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

.