Tofiq Yaqublu sərbəst buraxılıb.

Bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

***

DİN Tofiq Yaqublunun saxlanılması barədə məlumat yayıb.

DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Tofiq Yaqublu razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaq.

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Tofiq Yaqublunun polis əməkdaşları tərəfindən saxlanılmasın onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşıb.

.