Xəbər verildiyi kimi martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri- 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilmişdir.

O, saxlanılarkən avtomat silhdan polis əməkdaşlarına qarşı müqavimət göstərmişdir. Görülmüş tədbirlərlə o, zərərsizləşdirilmişdir.

Cinayəti törətməkdə şübhəli bilinən digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcəkdir.

***

Xətai rayonunda cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən bir nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polisə silahlı müqavimət göstərən bir nəfər məhv edilib.

"Əməliyyat tədbirləri davam edir. Əlavə məlumat veriləcəkdir", - deyə nazirlikdən bildirilib.

.