Madrid “Atletiko”su ilə müqaviləsinə son qoyan və adı Türkiyə klubları ilə hallanan Dieqo Kostaya Səudiyyə Ərəbistanından cəlbedici təklif gəlib.

Bu barədə “Spor Arena” məlumat yayıb.  

Adı “Qalatasaray”, “Fənərbaxça” və “Başakşehir”lə hallanan Dieqo Kosta üçün Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu təklif göndərib. Klub futbolçuya 17 milyon avro maaş təklif edib. Lakin Dieqo Kosta bu astronomik təklifə isti baxmayıb və karyerasını Avropada davam etdirmək istədiyini bildirib.

.