"Koronavirus (COVID-19) pandemiyası dövründə Dövlət Gömrük Komitəsinin Astara sərhəd-keçid məntəqəsində keçən gündəlik yük həcmi azalmayıb".

Yenizaman xəbər verir ki, bunu Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov bildirib.

"İdxal yüklərinin həcmində pandemiyadan əvvəlki dövrlə müqayisədə kiçik fərq var. 23 yanvar 2019-cu il tarixinə 1 yük maşını, 150 dartıcı, 150 qoşqu, yəni ümumililikdə 301 nəqliyyat vasitəsi idxal əməliyyatlarını həyata keçirib. Dünən, 23 yanvar 2022-ci il tarixinə 2 yük maşını, 143 dartıcı, 143 qoşqu, yəni ümumilikdə 288 nəqliyyat vasitəsi idxal əməliyyatlarını həyata keçirib. Rəqəmlər arasında çox kiçik fərq var", - deyə o qeyd edib.

.