“Ötən il təhsilimiz üçün uğurlu olmadı, keçən il də problemlər müşahidə etdik. Təhsilimiz günü-gündən uğursuzluğa gedir”.

Bunu bu gün Elm və təhsil komitəsinin iclasında deputat Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov deyib ki, cəmiyyətdəki fikirlərə, deputatların qaldırdıqları tənqidlərə fikir verilmir: “Biz təhsil əvəzinə sanitar qovşaqları müzakirə edirik, bu da vəziyyətin necə olduğunu göstərir. Yeri gəlmişkən, Bakı Dövlət Universitetində Kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilərək "İnformasiya və sənəd menecmenti" qoyulub. Sənəd menecmenti nədir? Təhsildə problemlərin həlli əvəzinə ağırlaşdığını görürük. Cəbrayılın Biləsuvar qəsəbəsində məktəbdə yanacaq yoxdur. Bu gün universitetlərdə də kifayət qədər həllini tapmayan məsələlər var”.

Komitə sədri Bəxtiyar Əliyev isə təhsilimizin tənəzzülə getməsi fikri ilə razılaşmayıb: “Bəs bu qədər müəllimlərimizin əməyi hara gedir? Təhsildə uğurlarımızla yanaşı problemlərimiz də var”.

.