Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda Vətən müharibəsində şəhid olmuş hərbiçilərimizin ailə üzvlərinı ziyarət edib.
İlk olaraq Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərimizin xatirəsi anılıb. Anar Məmmədov Şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq onların xatirəsini ehtiramla yad edib. 
Deputat Azərbaycan Ordusunun zəfərindən və bütün dünyanı heyrətləndirən Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından danışıb. Şəhid ailələrinin qayğılarını dinləyən A.Məmmədov bildirib ki, Vətən, torpaq uğrunda şəhidlərimizlə yanaşı onların valideynləri də hər birimiz üçün əzizdirlər. Bu qəhrəman oğulların vətənpərvər ruhda tərbiyə olunmasında onların valideynlərinin rolu çox böyük olub.
Ali Baş Komandan Prezident cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğısından danışan Anar Məmmədov bildirib ki, bundan sonra da dövlətimiz şəhidlərin adını uca tutacaq və onların ailə üzvləri hər zaman dövlətimizin qayğısı ilə əhatə olunacaqlar.

.