2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X turun daha 8 görüşü keçirilib.

C, F və I qruplarında oynanılan qarşılaşmalardan sonra növbəti 2 komanda final mərhələsinə birbaşa vəsiqə əldə edib.

C qrupunda evdə Bolqarıstana 4:0 hesabı ilə qalib gələn İsveçrə millisi 1-ci yerin sahibi kimi mundiala yollanıb. Səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyən İtaliya yığması isə pley-offda mübarizə aparacaq.

I qrupunda San Marinonu 10 cavabsız qolla məğlub edən İngiltərə seçməsi dünya çempionatına birbaşa yollanmaq hüququ qazanıb. Qrupu 2-ci sırada tamamlayan Polşa isə final mərhələsinə getmək getmək üçün pley-off matçları oynamalıdır.

DÇ-2022, seçmə mərhələ
X tur
15 noyabr

C qrupu

Şimali İrlandiya - İtaliya - 0:0

İsveçrə - Bolqarıstan - 4:0

Qollar: Noa Okafor, 48, Ruben Varqas, 57, Sedrik İtten, 72, Remo Froyler, 90+1

Xal durumu: İsveçrə - 18, İtaliya 16, Şimali İrlandiya - 9, Bolqarıstan - 8, Litva - 3

F qrupu

 İsrail - Farer adaları - 3:2

Qollar: Munes Dabbur, 30 (pen.), Şon Vaysman, 58, Dor Perets, 74 - Sölvi Vatnhamar, 62, Klemint Olsen, 72

Şotlandiya - Danimarka - 2:0

Qollar: Harri Suttar, 35, Çe Adams, 86

Avstriya - Moldova - 4:1

Qollar: Marko Arnautoviç, 4; 55 (pen.), Kristofer Trimmel, 22, Deyan Lyubiçiç, 83 - İon Nikolaesku, 60

Xal durumu: Danimarka - 27, Şotlandiya - 23, İsrail - 16, Avstriya - 16, Farer adaları - 4, Moldova - 1

I qrupu

San Marino - İngiltərə - 0:10

Qollar: Harri Maquayr, 6, Filippo Fabbri, 15 (avtoqol), Harri Keyn, 27 (pen.); 32; 39 (pen.); 42, İmil Smit-Rou, 58, Tayron Minqz, 69, Temmi Abraham, 78, Bukayo Saka, 79

Qırmızı vərəqə: Dante Rossi, 68 (San Marino)

Albaniya - Andorra - 1:0

Qol: Endri Çekiçi, 73 (pen.)

 Polşa - Macarıstan - 1:2

Qollar: Karol Sviderski, 61 - Andraş Şefer, 37, Daniel Qazdaq, 80

Xal durumu: İngiltərə - 26, Polşa - 20, Albaniya - 18, Macarıstan - 17, Andorra - 6, San Marino - 0.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.

.