Qətərdə keçirilən futbol üzrə mundialda bu gün daha bir 1/4 finalçının adına aydınlıq gəlib.

Mundialın 1/8 final mərhələsində İngiltərə və Seneqal üz-üzə gəlib.

Britaniyalılar son mundialda olduğu kimi, azı yarımfinala, Seneqal isə 20 il əvvəlki dünya çempionatında olduğu kimi 1/4 finala vəsiqə qazanmaq arzusunda idi.

Bu tərəflərin ilk rəsmi qarşılaşması kimi yadda qalıb.

Oyun 3:0 avropalıların qələbəsi ilə başa çatıb.

Növbəti mərhələdə İngiltərə yığması Fransa ilə qarşılaşacaq.

Dünya çempionatı-2022
1/8 final
İngiltərə – Seneqal - 3:0

.