Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ölkə Prezidenti Salome Zurabişvilinin hökuməti Təhlükəsizlik Şurasının iclasını keçirməyə çağırmasına münasibət bildirib.

XİN rəhbəri jurnalistlərə açıqlamasında Rusiyanın Gürcüstan vətəndaşlarına viza rejimini ləğv etmək və birbaşa uçuşları bərpa etməklə bağlı qərarının Təhlükəsizlik Şurasında müzakirə ediləcək bir məsələ olmadığını deyib.

"Bu Təhlükəsizlik Şurasında müzakirə ediləcək bir məsələ deyil. Biz artıq bu məsələni müzakirə etmişik və hazırkı mərhələdə Təhlükəsizlik Şurasının iclasının keçirilməsini zəruri edəcək vəziyyət yoxdur".

Qeyd edək ki, Prezident Salome Zurabişvili Rusiyanın Gürcüstan vətəndaşlarına viza rejimini ləğv etmək və birbaşa uçuşların bərpası qərarını təxribat adlandırıb və hökuməti Təhlükəsizlik Şurasının ivlasını çağırmağa, 3 ay müddətinə Rusiya vətəndaşlarına viza rejimi tətbiq etməyə çağırıb.

.