Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

Qaynarinfo xəbər verir ki, İdarənin əməliyyat qrupu Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də əməliyyat-axtarış tədbirləri aparıb.

Əməliyyat çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlunun saxlanıldığı bildirilib.

Banker.Az-in məlumatına görə, Baş Prokurorluğun Mətbuat Xidmətindən əməliyyatın keçirilməsi barədə məlumatı təsdiq ediblər.

Bildirilib ki, əməliyyatın nəticələri barədə ətraflı məlumat veriləcək.

.