Qida təhlükəsizliyi qeydiyyatından keçmədən, anti-sanitar şəraitdə fəaliyyət göstərən çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Ağcabədi rayonu, dörd yol ərazisində fəaliyyət göstərən fiziki şəxs Mehdiyev Firidun Elşad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama həyata keçirilib. İlkin baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, çörək sexi sanitar-gigiyenik qaydalara əməl etmədən, qida təhlükəsizliyinə dair normativ aktlara əməl edilmədən fəaliyyət göstərir.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

.