Alimlər COVID-19-a yoluxmuş və sağalan xəstələrdə iybilmə qabiliyyətinin bərpa olunduğu müddəti müəyyən ediblər.

Mütəxəssislər Avropanın 18 xəstəxanasında iybilmə qabiliyyətini itirmiş 2,5 mindən çox xəstə üzərində müşahidə aparıb.

Məlum olub ki, COVID-19 xəstələrində iybilmə qabiliyyəti orta hesabla 21,6 günə bərpa olunur.

Bununla belə, xəstələrin təxminən 25 faizi iybilmənin yoluxmadan iki ay keçəndən sonra belə bərpa olunmadığını deyib.

.