Abşeron yarımadası istisna olmaqla bütün ölkə ərazisində yağıntıların miqdarı 10-15% azalıb.

Bu barədə AMEA-nın Coğrafiya İnstitutunda iqlim dəyişmələri üzrə aparılmış tədqiqatların xülasə və nəticələrində bildirilib. 

Qeyd olunub ki, ümumilikdə respublika ərazisində ekstremal hidrometeoroloji halların sayı çoxalıb. Ən böhran vəziyyət  Kür çayında müşahidə olunub, onun su sərfi ekoloji minimuma yaxınlaşıb, çay ekosisteminin məhvolma təhlükəsi yaranıb. 

Bildirilib ki, iqlim dəyişmələrinin Xəzər dənizinə təsiri ayrıca araşdırılıb,  günəş fəallığı ilə dənizin səviyyəsinin dəyişməsi arasındakı səbəb-nəticə əlaqələri tədqiq olunub və bu əsasda səviyyə dəyişmələrinin uzunmüddətli proqnozu verilib. Yaxın gələcəkdə səviyyənin kəskin dəyişmə ehtimalının çox az olacağı proqnozlaşdırılıb.

.