ABŞ-ın birinci xanımı Cill Bayden əri Cozef Baydenin qarşıdan gələn növbəti prezidentlik seçkiləri ilə bağlı namizədlik planlarını açıqlamasını gözləyir.

Bu barədə Yenizaman CNN-ə istinadən xəbər verir.

Qeyd edilir ki, ABŞ-ın birinci xanımı ərinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakının əleyhinə deyil.

"Əlbəttə, mən bunun (Baydenin namizədliyini irəli sürməsinin-red) tərəfdarıyam", - o, ABŞ-ın hazırkı rəhbərinin ikinci müddətə namizəd olmaq planları ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, tənqidçilər tez-tez Baydeni yaşının ikinci dəfə prezident seçilməsinə mane ola biləcəyinə görə qınayırlar. Çünki 2024-cü ilin inauqurasiyasında onun 82, mümkün ikinci müddətin sonuna isə 86 yaşı olacaq.

Bununla belə, birinci xanım vurğulayıb ki, ərinin Ukraynaya səfəri ABŞ-ın hazırkı rəhbəri daha bir kampaniya və növbəti dörd il hakimiyyətdə olmaq üçün gücünə malik olduğunu sübut edib.

"30 yaşlı nə qədər gənc Polşaya gedə, qatara minə bilərdi? Ukraynaya daha doqquz saat səyahət etmək, Prezident Zelenski ilə görüşmək? Nəhayət bu adama baxın. Onun nə etdiyinə fikir verin. Onun hər gün nəyə davam etdiyinə baxın", - Cill Bayden əlavə edib.

Xatırladaq ki, Bayden yaxın bir neçə həftə ərzində ikinci prezidentlik müddətinə namizədliyini irəli sürmək niyyətini açıqlayacaq.

.