Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyası (CHP) dəyişim istəyirsə, ilk nöbvədə, sədr Kamal Kılıçdaroğlunu dəyişsinlər.

Yenizaman TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank deyib.

"K.Kılıçdaroğlu bu günə qədər 11 seçkidə uduzmasına baxmayaraq hələ də partiyanın sədridir. CHP-nin rəhbəri K.Kılıçdaroğlu olduğu müddətdə bu partiyanın qalib gəlmə şansı yoxdur", - deyə nazir Varank əlavə edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

.