Hər kəs Xankəndi-Laçın yolunda keçirilən dinc etiraz aksiyası barədə maraqlanır, narahatlığını ifadə edir. Bəziləri orada guya blokada olduğu təsəvvürünü yaratmağa çalışır.

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, bır sıra ölkələrdən bəlli çağırışlar olur: “Burada Ermənistan tərəfindən yanlış gündəlik formalaşdırılır. Orada blokada təsəvvürü yaratmaq niyyəti var. Belə yanlış gündəliyin formalaşmasına çalışırlar. Azərbaycan dövlətinin mövqeyi açıq və ardıcıldır. Etirazçılar ilk gündən bəyan ediblər ki, hər hansı humanitar fəlakət yaratmaq, orada yaşayan sadə insanlara qarşı hər hansı niyyət yoxdur. Bu da təsdiq olunur”.

Nazir: Qarabağda faydalı qazıntı yataqlarının talan edilməsində tək Ermənistan iştirak etməyib

Qarabağda faydalı qazıntı yataqlarının talan edilməsində tək Ermənistan iştirak etməyib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, sərvətlərin talanmasında başqa ölkələrin də şirkətləri iştirak edib: “Biz dəqiq ad deyə bilmərik hansı ölkələrdir, amma məlumdur ki, digər ölkələrin də iştirakı olub. Buna beynəlxalq hüquq müstəvisində qiymət veriləcək”.

XİN rəhbəri: Laçın yolu üzərindən erməni hərbçilər qanunsuz şəkildə rotasiya olunurdu

“Laçın yolu üzərindən erməni hərbçilər qanunsuz olaraq rotasiya olunurdu. Bu, əsas 4 qanun pozuntusu istiqamətlərindən biridir”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, 2020-ci ilin noyabr ayında, sülhməramlılar müvəqqəti orada yerləşdirildiyi zaman Ermənistan öhdəlik götürüb ki, bütün hərbçilər ərazidən çıxarılmalıdır.

.