
Xarici işlər naziri Ceyhun Bayramov İslandiyaya işgüzar səfəri çərçivəsində Birləşmiş Krallığın Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya və BMT üzrə dövlət naziri lord Tariq Ahmad ilə görüşüb.
Bu barədə XİN-in Tvitter paylaşımında qeyd olunub.
Bildirilib ki, tərəflər Azərbaycan və Böyük Britaniya əlaqələrinin dinamikasına, müxtəlif sahələrdə əməkdaşlıq və hazırkı regional vəziyyətə dair müzakirə aparıblar.
Ceyhun Bayramov isə Tvitter paylaşımında görüşün məhsuldar keçdiyini qeyd edib.
“Biz Azərbaycanla Böyük Britaniya arasında hazırkı əlaqələrdən məmnunluğumuzu ifadə etdik və strateji əlaqələrin daha da dərinləşdirilməsi üçün böyük potensial olduğunu vurğuladıq”, - XİN başçısı vurğulayıb.
.