Bu gün, 1993-cü ildən bəri erməni hərbi birləşmələri tərəfindən işğal edilən Füzuli şəhəri Azərbaycanın Rəşadətli Ordusu tərəfindən azad edildi.

Artıq təqvimdə 17 oktyabr tarixi 27 ildir ki, ürəyi Füzuli həsrəti ilə döyünən hər birimiz üçün qürur gününə, qələbə müjdəsinə çevrildi.   Cənab Prezident, Sizin xalqa müraciətləriniz zamanı  hər bir vətəndaş  daha da ruhlanır, çünki Siz Azərbaycan xalqına yalnız xoş xəbərlər çatdırırsınız.  Vətənimin bir əsgəri, Vətənimi sevən bir jurnalist kimi, Füzuli torpağının oğlu kimi  əminəm ki, Sizin, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında tez bir zamanda Azərbaycan Ordusu zəfər çalacaq. Ölkəmizin ərazi bütövlüyü bərqərar olacaq. Var olsun Ali Baş Komandan! Yaşasın Azərbaycan! 

Rəşad Nəsirov

.