Cəlilabadda intihar hadisəsi baş verib.

Cəlilabad rayonunda intihar edən qızın şəxsiyyəti müəyyənləşdirilib.

“Report”un Aran bürosunun məlumatına görə, bu, 2007-ci il təvəllüdlü Əmirova Şəlalə Aqşin qızıdır.

Qeyd edək ki, hadisə rayonun mərkəzində, Səməd Vurğun küçəsində qeydə alınıb. Ş.Əmirova özünü asaraq intihar edib.

Hadisənin səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

.