UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

Son olaraq ümumilikdə altı qarşılaşma baş tutub.

E qrupunda “Bavariya” Portuqaliyada “Benfika”ya heç bir şans verməyib – 4:0.

F qrupunda “Mançester Yunayted” İngiltərədə “Atalanta” ilə üz-üzə gəlib. Azarkeşlərin beş qola şahidlik etdiyi oyunda ingilislər əzmkar qələbəyə seviniblər. İlk hissədən sonra hesabda iki top fərqi ilə geridə olan “qırmızı şeytanlar” ikinci yarıda 3 qol vuraraq, “comeback”i rəsmiləşdirib.

Bu qrupun digər oyununda “Yanq Boyz” İsveçrədə “Vilyarreal”a uduzub – 1:4.

G qrupunda “Sevilya” və “Lill” qolsuz heç-heçəyə razılaşıblar.

H qrupunda turnirin son qalibi “Çelsi” İngiltərədə “Malmö”nü darmadağın edib – 4:0.

Digər görüşdə isə “Yuventus” Rusiyada “Zenit”i çətinliklə məğlub edib.

Çempionlar Liqası
III tur
20 oktyabr

E qrupu

“Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna) - 1:0 
Qol: Jerar Pike, 36

“Benfika” (Portuqaliya) – “Bavariya” (Almaniya) - 0:4
Qollar: Leroy Sane, 70; 85, Everton, 80 (avtoqol), Robert Levandovski, 82

F qrupu

“Yanq Boyz” (İsveçrə) – “Vilyarreal” (İspaniya) - 1:3
Qollar: Meşak Elia, 77 - Yeremi Pino, 6, Jerar Moreno, 16, Alberto Moreno, 88, Samuel Çukvueze, 90+2

“Mançester Yunayted” (İngiltərə) -  “Atalanta” (İtaliya) - 3:2
Qollar: Markus Reşford, 53, Harri Maquayr, 75, Kriştianu Ronaldu, 81 - Mario Paşaliç, 15, Merih Demiral, 29

G qrupu

“Zaltsburq” (Avstriya) – “Volfsburq” (Almaniya) - 3:1
Qollar: Kərim Adeyemi, 3, Noa Okafor, 65; 77 - Lukas Nmeça, 15

“Lill” (Fransa) – “Sevilya” (İspaniya) - 0:0

H qrupu

“Çelsi” (İngiltərə) – “Malmö” (İsveç) - 4:0
Qollar: Andreas Kristensen, 9, Jorjinyo, 21 (pen.); 57, Kay Haverts, 48

“Zenit” (Rusiya) – “Yuventus” (İtaliya) - 0:1
Qol: Deyan Kulusevski, 89

.