Çinin yeni xarici işlər naziri təyin olunub.

"Reuters" xəbər verir ki, bu barədə Çin dövlət radiosu məlumat yayıb.

Bildirilib ki, hazırda Çinin ABŞ-da səfiri postunda çalışan Qin Gang ölkənin xarici işlər naziri təyin olunub. O, bu postda Van İ-ni əvəz edəcək.

Qeyd edək ki, Van İ 2013-cü ildən bəri bu postda idi.

.