ABŞ və Yaponiya Asiya-Sakit Okean hövzəsində yeni "soyuq müharibə"nin toxumlarını səpməyə çalışırlar.

Bunu Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib.

“ABŞ və Yaponiya regional sülh və təhlükəsizliyi inkişaf etdirdiklərini iddia edirlər, lakin onların etdikləri ordunun güclənməsi və qəsdən güc tətbiqi üçün bəhanələr tapmaqdır. Asiya-Sakit okean ölkələri ədalət tərəfdarıdır və hegemonizmə qarşıdır. Onlar qarşıdurma deyil, əməkdaşlıq istəyir. Onlar həqiqi çoxtərəfliliyə can atır və blokların qarşıdurmasını qızışdıran addımları rədd edirlər. Biz ABŞ və Yaponiyanı xəyali düşmənlər yaratmamağa, Asiya-Sakit Okean hövzəsində yeni "soyuq müharibə"nin toxumlarını səpmək cəhdlərini dayandırmağa çağırırıq”, - o bildirib.

.