Çin Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpasına kömək edəcək.

Bunu Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Se Fen bildirib.

Se Fen deyib ki, rəsmi Pekin mövcud vəziyyəti qiymətləndirir və obyektiv faktları nəzərə alaraq müstəqil mövqe tutur.

Həmçinin qeyd olunub ki, Çin hökuməti Ukraynadakı böhranlı vəziyyətdən çıxmaq üçün effektiv həll yolları üzərində işləyir və Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə kömək edəcək.

Nazir müavini onu da əlavə edib ki, Çin hakimiyyəti qlobal sülhün və təhlükəsizliyin qorunmasında maraqlıdır və bu prosesə öz töhfəsini verir.

.