2022-ci ildə dünyada edamların sayı son beş ildə ən yüksək olub. Çin, İran, ABŞ və digər ölkələrdə edamların sayı kəskin şəkildə artıb.

Bununla bağlı rəqəmləri beynəlxalq “Amnesty International” insan haqları təşkilatı təqdim edib.

Məlumata görə, 2022-ci ildə 20 ölkədə 883 nəfərə ölüm hökmü çıxarılıb və hökm icra edilib. Bu, ötən illə müqayisədə 53% çoxdur.

Qeyd olunur ki, edamların sayında kəskin artım Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verib. Burada göstəricilər 2021-ci ildəki 520 hadisədən 2022-ci ildə 825-ə yüksəlib.

Siyahıya Çin, İran, ABŞ, Şimali Koreya, Yəmən, Misir kimi ölkələr daxildir.

.