Çin bu il müdafiə büdcəsini 7,2 % artıraraq 1,553 trilyon yuana (təxminən 224,85 milyard dollar) çatdırmaq niyyətindədir.

Bu barədə bazar günü 14-cü çağırış Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının (ən yüksək qanunverici orqan) 1-ci sessiyasının açılışında dərc edilmiş büdcə layihəsində qeyd olunub.

“Milli müdafiə xərcləri - 7,2 % artımla 1,553 trilyon yuan təşkil edib”, - sənəddə deyilib.

Qeyd edək ki, 2022-ci ildə Çin müdafiə xərclərini 7,1 % artıraraq 1,451 trilyon yuana (təxminən 229,07 milyard dollar), 2021-ci ildə 6,8 faiz artıraraq 1,356 trilyon yuana (təxminən 209 milyard dollar) çatdırıb.

.