UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.

İngiltərənin “Liverpul” klubu cavab oyununda Portuqaliya “Benfika”sını qəbul edib. Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

İlk matçda da 3:1 hesabı ilə qələbə qazanan ingilislər yarımfinala adlayan tərəf olub.

Gecənin digər matçında başqa bir İngiltərə təmsilçisi “Mançester Siti” isə İspaniyada Madridin “Atletiko” klubu ilə üz-üzə gəlib. Oyun 0:0 hesabı ilə başa çatıb.

İngiltərədəki oyunda 1:0 hesabı ilə qalib gələn “Mançester Siti” qitənin nüfuzlu çempionatında yarımfinal oynamaq şansı qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları isə 3-4 mayda olacaq.

.