UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi başa çatıb.

Sonuncu matçda "Real Madrid"lə "Mançester Siti" qarşı-qarşıya gəlib.

İlk oyununda İspaniyada 1:1 hesablı heç-heçə edən "Mançester Siti" doğma - "Etihad" stadionunda inamlı qələbə qazanıb - 4:0.

Final matçı iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Həlledici qarşılaşmada İtaliyanın "İnter" klubu "Mançester Siti" ilə qitənin ən nifuzlu titulu uğurunda mübarizə aparacaqlar.

UEFA Çempionlar Liqası, 1/2 final. "Etihad" stadionu.

"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) - 4:0 (1:1)

Qollar: Bernardu Silva, 23; 37. Eder Militao, 76 (avtoqol). Xulian Alvares, 90+1

.