Türkiyə və Azərbaycan Ermənistanla münasibətlərin normallaşması məsələsində səmimidir.

“Anadolu” xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Rahatlıqla qardaş, can Azərbaycanın adından da deyə bilərəm. Türkiyə və Azərbaycan normallaşma məsələsində səmimidir”, - XİN rəhbəri vurğulayıb.

.