"Seçkilərdən sonra xarici siyasət kursumuzun əsas istiqaməti təşəbbüskarlıq olacaq".

Bunu Türkiyənin xarici işlər naziri, parlament seçkilərində Antalyadan deputat seçilən Mövlud Çavuşoğlu mayın 18-də keçirilən mətbuat konfransında deyib.

Türkiyədə keçirilən prezident və parlament seçkilərindən 4 gün əvvəl Moskvada görüşdə iştirak etdiyini xatırladan nazir həmin toplantıda gündəlikdə olan əsas məsələni açıqlayıb.

O bildirib ki, Rusiya, Suriya və İran XİN başçıları ilə birgə keçirilən dördtərəfli görüşdə əsas məsələ Suriyadakı durum olub. XİN başçısı terror təşkilatlarına qarşı uğurlu mübarizənin Suriyada sabitliyin təmin olunmasına kömək etdiyini vurğulayıb:

"Türkiyə hətta seçki ərəfəsində də dünyadakı sabitlik barədə düşünür. Biz Ukrayna ilə Rusiya arasında vasitəçi olmağa davam edirik. Krım tatarları və Ahıska türkləri Ukrayna ilə bağlı mövqeyimizi diqqətlə izləyir".

.