İsveç PKK terror təşkilatının Türkiyə və dövlət başçısına qarşı həyata keçirdiyi cinayətkar təxribatı qınamaqla boyun qaçıra bilməz.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliya Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tayani ilə Ankarada birgə mətbuat konfransı zamanı jurnalistlərin sualına cavab olaraq bildirib.

O qeyd edib ki, İsveç hökuməti bu təxribatın qabağını almalı idi.

“Bu təxribat Stokholm bələdiyyəsinin binası önündə baş verən irqçi və nifrət cinayətindən ibarət bir hərəkətdir. İsveç özü də bununla mübarizə aparmalıdır. PKK və YPG İsveçlə Finlandiyanın NATO-ya üzv olmasını istəmir və bunun qarşısını almağa çalışır”, - nazir vurğulayıb.

Çavuşoğlu, həmçinin, əlavə edib ki, Türkiyə NATO-nun Baş katibi Yens Stoltenberqin təklif əsasında növbəti üçtərəfli görüşün keçirilməsinə hazırdır.

Nazir Suriyada terrorla mübarizədə Rusiya və ABŞ-ın 2019-cu ilin anlaşma memorandumu və verdikləri vədləri yerinə yetirmədiklərini də xatırladıb.

.