İsveç Prokurorluğunun PKK tərəfdarlarının Stokholmda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkəsini təhqir edən nümayişində cinayət maddəsinin olmadığını hesab etmək absurddur.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə Ankarada keçirilən birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu hadisə beynəlxalq hüquqa əsasən cinayətdir: “İsveç söz oyunları ilə bizi aldatdığını düşünürsə, onlar özlərini aldadırlar. Ya terrorçuların düzdüyü minaların qurbanı olacaqlar, ya da imzaladığımız memorandumun bəndlərini həyata keçirərək irəliləyəcəyik. Burada seçim İsveçindir”.

.