“Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ilk sıradadır”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Azərbaycandan ixrac edəcəyi təbii qazın həcmini gələcəkdə daha artıracaq.

“Biz daha iki layihənin həyata keçirilməsinə üstünlük veririk. Bunlardan biri, Qars-Naxçıvan dəmir yolu xəttidir. İkinci isə Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılmadır ki, bu da strateji layihədir. Digər tərəfdən, mədəniyyət, təhsil sahələrində, universitetlər arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilib”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

.