“Biz üçtərəfli və dördtərəfli mexanizmlərlə bölgəmizdəki şəraitdən yararlanmağa çalışırıq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Türkiyə-Azərbaycan-Gürcüstan-İran üçtərəfli və dördtərəfli mexanizmləri regiona böyük üstünlük verəcək.

“Şimal dəhlizi artıq bir alternativ olaraq qarşımızda olmadığına görə biz Transxəzər dəhlizindən istifadəni artırmağa çalışdıq. Gələcəkdə Ermənistan da həyata keçirdiyimiz layihələrdə bizə qoşula bilər. Orta Dəhliz gələcəkdə daha əhəmiyyətli olacaq”.

Nazir əlavə edib ki, ölkəsi bölgədə baş verənlərə dərhal reaksiya verir: "Əfqanıstanın, Suriyada baş verən hadisələr, Cənubi Qafqazda baş verənlər, Qarabağdakı hadisələr göstərdi ki, donmuş münaqişələr var və onlar partlayır. Türkiyə bütün regional hadisələrə reaksiya verir. Biz dünyanın daha ədalətli olmasına çalışırıq".

.