Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada Bəşər Əsəd rejimi ilə ikinci görüşün yanvarın ortalarında ola biləcəyini bildirib.

Bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Məlumata görə, nazir Çavuşoğlu yanvarın 1-də prezidentliyə başlayacaq Luiz İnasio Lula da Silvanın andiçmə mərasiminə qatılmaq üçün getdiyi Braziliyada Rusiya xarici işlər naziri Sergey Lavrovla etdiyi telefon danışığı ilə bağlı mətbuat mənsublarının suallarını cavablandırıb.

Çavuşoğlu bildirib ki, həmkarı Lavrovun "üçlü nazirlər görüşünü nə vaxt keçirəcəyik?" sualına “dedim ki, yaxşı hazırlaşaq, hazır olanda görüşək” cavabını verib.

Çavuşoğlu çıxışında sözü güdən ölkələrin adlarını açıqlamasa da, “adları məlum olanda sizə deyəcəm” deyə söyləyib.

Çavuşoğlu Suriya mətbuatının bəzi iddiaları ilə bağlı bunları deyib:

“Müdafiə nazirimizlə, kəşfiyyat rəhbərimiz Suriyadakı görüşdə artıq lazımi izahat verib. Amma biz bunu həmişə deyirik ki, bura Suriya ərazisidir. Biz bunu bilirik, gözümüz yoxdur. Biz sərhədlərin bütövlüyünü, ərazi bütövlüyünü dəstəkləyirik. Amma burada sabitlik olmalıdır, bu siyasi prosesdə müəyyən addımlar atılmalıdır. Biz bunu çoxdan deyirik”.

.