Böyük Britaniya terrorla mübarizədə bizim müttəfiqimizdir. Terrorçuların bizə təhvil verilməsi mövzusunda tələblərimizi tərəfdaşımıza çatdırdıq.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu britaniyalı həmkarı Liz Trasla Ankarada birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, həmkarı ilə ikitərəfli münasibətləri, regional məsələləri, o cümlədən Suriya və Ukraynadakı vəziyyəti müzakirə edib.

Liz Trass: “Ukraynada müharibənin dayanması üçün Türkiyə ilə birgə çalışırıq”

Türkiyə ilə birlikdə Ukraynada müharibənin dayanması, sülhün bərqərar olması üçün çalışırıq.

Bu barədə Böyük Britaniya xarici işlər naziri Liz Trass türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ankarada keçirilən birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Rusiyanın başlatdığı müharibə səbəbindən Ukraynanın Qara dənizdəki limanları bağlıdır və bütün dünyaya ixrac edilməli taxıl orada qalıb.

Nazir əlavə edib ki, bu limanların açılması üçün BMT çərçivəsində işlər görülür.

Çavuşoğlu taxıl böhranı ilə bağlı BMT planının detallarını açıqlayıb

Taxılın limanlardan çıxarılması ilə bağlı həm Ukrayna, həm də Rusiya ilə daimi təmasdayıq.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada britaniyalı həmkarı Liz Trasla birgə mətbuat konfransında bildirib.

O, İstanbulda taxıl böhranı ilə bağlı Türkiyə, Rusiya, Ukrayna və BMT formatında keçiriləcək görüşdən də danışıb.

Nazirin sözlərinə görə, BMT-nin taxıl böhranı ilə bağlı planını qəbul edirlər və dəstəkləyirlər: “Əgər İstanbulda keçiriləcək görüşdə BMT-nin planı ilə bağlı razılıq əldə edilərsə, bir nəzarət mərkəzi qurulacaq, təhlükəsiz bölgə yaradılacaq və gəmilər yoxlanılacaq. Gəmilərin yoxlanılması Rusiyanın tələbidir. Belə baxanda gözəl variantdır. Amma tərəflər razılığa gəlməlidir. Daha çox Rusiyaya fokuslanmışıq. İstanbulda keçiriləcək görüşün tarixi hələlik bəlli deyil. Rusiyadan cavab gözləyirik”.

XİN rəhbəri diqqətə çatdırıb ki, Türkiyə bu məsələdə konstruktiv rol oynayır.
 

.