Cənubi Qafqazın stabilliyi hər birimiz üçün önəmlidir.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə Ankarada keçirilən birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, iranlı həmkarı ilə “3+3” və Azərbaycan-Türkiyə-İran formatları çərçivəsində görüşlərin keçirilməsini müzakirə edib.

Nazir, Cənubi Qafqazda həyata keçiriləcək infrastruktur layihələrin hər kəs üçün xeyirli olacağını da əlavə edib.

Türkiyə XİN başçısı İrana qarşı sanksiyaların faydasız olacağını bildirib

Türkiyə İrana qarşı sanksiyaların doğru olmadığını, bunun faydasının olmayacağını hesab edir.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə Ankarada keçirilən birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, ölkəsi İranla bağlı nüvə sazişinin reallaşmasını istəyir, bu ölkənin və onun qonşularının stabilliyinə önəm verir.

“Suriyanın ərazi bütövlüyünü güclü şəkildə dəstəkləyirik. Lakin 11 ildir davam edən müharibə var. Astana formatı çərçivəsində müsbət addımlar atılmalıdır. Bilirsiniz ki, Suriya ilə bağlı bir prosesimiz başlayıb. Yaxın zamanlarda xarici işlər nazirlərinin görüşünün olması gözlənilir. Atılacaq addımlarla bağlı İranı da məlumatlandırırıq”, - Çavuşoğlu qeyd edib.

.