Serxio Buskets mövsümün sonunda "Barselona"dan ayrılacaq.

34 yaşlı futbolçu artıq klub prezidenti Xuan Laportaya bu arzusunu açıqlayıb.

Kataloniya klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq ispaniyalı ilə daha əvvəl "İnter Mayami"nin maraqlandığı bildirilir.

Qeyd edək ki, 34 yaşlı Serxio 2008-ci ilin yayından “Barselona” komandasında çıxış edir. O, bu komandada 711 oyun keçirib, 18 qol vurub və 42 məhsuldar ötürmə edib.

.