Üsyançılar Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboreni saxlayıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı hərbi düşərgədə saxlanılıb.

Xatırladaq ki, Burkina-Fasoda iğtişaşlarda iştirak edən hərbçilər 65 yaşlı dövlət başçısının istefasını tələb edirlər. Ötən gün Burkina-Faso Prezidentinin paytaxtdakı iqamətgahı yaxınlığında atışma səsləri eşidilib. Eyni zamanda, bütün ölkədə komendant saatı tətbiq edilib.

Bundan başqa, Burkina-Faso hökuməti yanvarın 11-də hökuməti ələ keçirməyə cəhd etməkdə şübhəli bilinən bir qrup hərbçinin saxlanıldığını açıqlayıb. “Burkina-24” xəbər portalının məlumatına görə, qrupa gənc zabitlər rəhbərlik edir. Son bir neçə ayda Prezident Kabore ölkənin Silahlı Qüvvələrinin komandanlığında bir sıra əsaslı dəyişikliklər edib.

Qeyd edək ki, Rok Mark Kristian Kabore 2015-ci ildən bəri Qərbi Afrika dövlətinə başçılıq edir.

.