Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 1183-dir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 1183 cinayət işinin istintaqı tamamlanıb.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

.